logo

Rusiya ordusu Dnepr hava limanına raket atəşinə tutub,xəsarət alanlar var

19:25 10-04-2022 | icon 3773
Rusiya ordusu Dnepr hava limanına raket atəşinə tutub,xəsarət alanlar var

Aprelin 10-da Dnepr hava limanına raket hücumu olub, xəsarət alanlar var. Eyni zamanda, hava limanı ətrafındakı infrastruktur da dağıdılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Administrasiyasının rəhbəri Nikolay Lukaşuk özünün "Facebook" səhifəsində məlumat yayıb.

“Dnepr hava limanına raket hücumu zamanı Fövqəladə Hallar Dövlət Xidmətinin 5 əməkdaşı xəsarət alıb”, - deyə N.Lukaşuk əlavə edib.

Bundan əlavə, Novopavlovkda 1 mülki şəxs kasetli sursat götürərkən həlak olub.