logo

Xarkov istiqamətində Rusiyanın 12 kilometrlik hərbi karvanı hərəkət edir

15:55 10-04-2022 | icon 3199
Xarkov istiqamətində Rusiyanın 12 kilometrlik hərbi karvanı hərəkət edir

"Maxar Technologies" tərəfindən toplanan və təhlil edilən peyk görüntüləri Ukraynanın şərqində Rusiya hərbi texnikasının böyük karvanının görüntülərini qeydə alıb.

 YeniAvropa xəbər verir ki, bu  barədə "CNN" telekanalı məlumat yayıb. 

Görüntülərdə hərbi karvanın Xarkov vilayətinin Bolşoy Burluk kəndindən keçərək cənuba, rayon mərkəzinə doğru irəliləməsi əks olunub.

Qeyd edilir ki, Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.

Baş Qərargahın səhər saatlarında verdiyi məlumata görə, Rusiya hərbçiləri İzyum yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etməyə cəhd edib.

Həmçinin qarşı tərəf Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.

0-0011