logo

Ukrayna üçün beynəlxalq donor konfransında 10 milyard avro yığılıb

09:49 10-04-2022 | icon 1974
Ukrayna üçün beynəlxalq donor konfransında 10 milyard avro yığılıb

Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro həcmində ianə və kredit razılığına nail olunub.

YeniAvropa xəbər verir ki, Varşavada təşkil olunan və “Ukrayna üçün ayağa qalx” devizi altında təşkil olunmuş kampaniya çərçivəsində dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər. Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib.

Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb. Konfransda Polşanın Prezidenti Andrjey Duda və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen birbaşa iştirak ediblər, bir sıra ölkələrin dövlət və hökumət başçıları videoformatda çıxış ediblər.

Donor konfransının əldə etdiyi vəsaitlər BMT və yerli humanitar təşkilatların həyata keçirdiyi layihələrin maliyyələşməsinə yönəldiləcək.