logo

Polşa Ukraynaya yardım üçün beynəlxalq donor konfransına ev sahibliyi edir

15:55 09-04-2022 | icon 3451
Polşa Ukraynaya yardım üçün beynəlxalq donor konfransına ev sahibliyi edir

Varşava Ukraynaya yardım üçün beynəlxalq donor konfransına ev sahibliyi edir.

YeniAvropa xəbər verir ki, bu gün başlayacaq konfrans Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb.

“Ukrayna üçün ayağa qalx“ (Stand up for Ukraine) devizi altında keçiriləcək konfransda Polşanın Prezidenti Andrjey Duda, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, eləcə də Kanadanın Baş naziri Castin Trüdonun onlayn formatda iştirak edəcəyi gözlənilir.

Hazırda Polşa 2,5 milyondan çox ukraynalı qaçqına ev sahibliyi edir və Avropanın hər bir tərəfindən dəstək üçün göndərilən humanitar yardımların qəbulu üzrə mərkəz kimi mühüm rol oynayır.

Donor konfransının məqsədi ukraynalı məcburi köçkün və qaçqınların ehtiyaclarını ödəmək üçün maliyyə və digər növ dəstəyin toplanmasıdır. “Global Citizen” təşkilatı mövzu ilə bağlı geniş sosial media kampaniyasına başlayıb. Dünyanın müxtəlif ölkələrindən təşkilatlar, işgüzar dairələr, siyasi və incəsənət xadimləri bu kampaniyaya öz dəstəklərini artıq ifadə ediblər.