Rusiya Futbol İttifaqı(RFS) FIFA və UEFA-ya qarşı İdman Arbitraj Məhkəməsindəki (CAS) iddialarından birini geri götürüb.
YeniAvropa RFS-in rəsmi saytına istinadən xəbər verir ki, buna CAS-ın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarının təxirə salınması ilə bağlı müraciəti təmin etməməsi səbəb olub. Nəticədə şikayət aktullağını itirib.
Lakin Rusiya millisinin FİFA və UEFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunlarda, o cümlədən dünya çempionatlarında iştirakına qoyulmuş qadağa ilə bağlı əsas tələblər hələ də qurumlara qarşı digər iddialarda öz əksini tapıb.