logo

Bakıda mebel sexində yanğın olub

21:15 05-04-2022 | icon 12544
Bakıda mebel sexində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.