logo

Eldəniz Əzizli dünya çempionunu məğlub edib Avropa çempionu oldu

20:10 02-04-2022 | icon 3542
Eldəniz Əzizli dünya çempionunu məğlub edib Avropa çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

 YeniAvropa xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimizin rəqibi gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş E.Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il E.Əzizli həm də dünya çempionu olub.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.