Azərbaycanda 19 idman federasiyası ləğv edilib
Azərbaycanda bir neçə idman federasiyası ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu , Gənclər və İdman Nazirliyinin bu gün keçirilən növbəti kollegiya iclasından sonra bəlli olub.
İclasın gündəliyinə əsasən, mart ayında keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib. İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped İdmanı Federasiyası” İB, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan Respublikası Həndbol Federasiyası” İB, “Azərbaycan Boks Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası” İB akkreditasiyaları təsdiqlənib.
Bundan başqa, “WKC növləri üzrə Azərbaycan Karate Federasiyası” İB, “Şito-Ryu Karate-Do Federasiyası” İB, “Azərbaycan Coriyo Kunq-Fu Federasiyası” İB, “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası” İB, “Azərbaycan Skayraninq Federasiyası” İB, “Azərbaycan Boulinq İdman Federasiyası” İB, “Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası” İB, “Azərbaycan Aykido Federasiyası” İB və “Azərbaycan Dama Federasiyası” İB, “Alpinizm Federasiyası” İB, “Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası” İB, “Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası” İB və “Budo Döyüş Növləri Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.
Xatırladaq ki, bir neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib