logo

Rusiya Ukraynaya hücum edərsə, Türkiyə nə edəcək?-Ərdoğanın cavabı

14:59 27-01-2022 | icon 2562
Rusiya Ukraynaya hücum edərsə, Türkiyə nə edəcək?-Ərdoğanın cavabı

Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

 YeniAvropa xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin "NTV" telekanalına müsahibəsində deyib.

Lakin o Türkiyənin hansı addımları atmağa hazır olduğunu və Şimali Atlantika Alyansının üzvü kimi hansı öhdəliklərin olduğunu açıqlamayıb.

"İndi biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. “Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın anneksiyasına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib.