logo

Paşinyan ordu günündə iştirak etməmək üçün koronavirusa yoluxub

12:32 27-01-2022 | icon 2828
Paşinyan ordu günündə iştirak etməmək üçün koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusu günü ilə bağlı tədbirdə iştirak etmək istəməyib və bununla bağlı koronavirusa yoluxduğunu elan edib.

YeniAvropa xəbər verir ki, belə bir iddia ilə yerli  “Hraparak” qəzeti çəxə edib.

Qəzetin yazdığına görə, N.Paşinyanın koronavirusa yoluxması faktı dünəndən siyasi dairələrdə fəal müzakirə olunur və  çoxları buna şübhə ilə yanaşır.

“Xəstəliyin asimptomatik olduğu bildirilir. Əgər belədirsə, Paşinyanı testdən keçməyə nə məcbur edib? Soruşurlar ki, baş nazirdə infeksiya simptomları yox idisə həkimə niyə müraciət edib?”, - nəşr yazır.

Qəzetin yazdığına görə , ən çox ehtimal olunan versiyalardan biri baş nazirin bu addımı 28 yanvara planlaşdırılan Ordu Günü ilə bağlı tədbirlərlə bağlıdır. Həmin gün 44 günlük müharibənin iştirakçılarının qatılacağı tədbir planlaşdırılır.