Ermənistan yeni prezident axtarışında:fevral ayı gərgin keçəcək
Ermənistan prezidenti Armen Sarkisyanın istefasından sonra ölkədə siyasi vəziyyət yenidən dəyişib.
YeniAvropa erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan qanunvericiliyinə görə, dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə hazırkı prezidentin istefasından bir həftə sonra başlamalıdır.
Ölkə prezidenti istefa qərarını açıqladıqdan sonra ona bir həftə müddət verilir və o, bu vaxt ərzində istefa ərizəsini geri götürə bilər.
Artıq Ermənistan parlamenti A.Sarksiyanın ərizəsini qəbul edib. Amma buna baxmayaraq artıq bəzi siyasi partiya və bloklar prezidentliyə namizəd axtarışına başlayıblar. Ermənistanın hakim Vətəndaş Razılaşması Partiyası öz namizədinin adını açıqlayıb. Partiyanın namizədi baş nazir Nikol Paşinyan administrasiyasının rəhbəri Araik Arutyunyandır. O, əvvəllər Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri işləyib.
Qeyd edək ki, keçmiş prezident Robert Koçaryan Ermənistan prezidentliyinə namizədliyini irəli sürməyəcək.
Parlamentin “Ermənistan” fraksiyasının üzvü, deputat Ohanes Hamoyan bildirib ki, “Ermənistan” blokunun prezidentliyə başqa namizədi olacaq.
Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizəd iqtidar və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 41 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir.
Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.
Siyasi analitiklərin fikrincə Ermənistanda prezident seçkiləri sakit keçməyəcək. Müxalifətlə iqtidar arasında ciddi qarşıdurma yaranacaq. Mübahisələr silahlı qarşıdurmaya qədər çata bilər.
Bəzi analitiklərin fikrincə Ermənistan prezidenti vəzifəsinə hakim partiyanın namizədi seçiləcək.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb