logo

Ötən il Azərbaycanda 34,6 milyon ton neft hasil edilib

13:13 21-01-2022 | icon 3206
Ötən il Azərbaycanda 34,6 milyon ton neft hasil edilib

Ötən il SOCAR 62 min metrə yaxın qazma işləri həyata keçirib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3 faiz çoxdur.

YeniAvropa xəbər verir ki, bu , SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub.

Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çoxdur.

Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artaraq, 43,9 milyard kubmetrə çatıb.

İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən “OPEC+” razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.