logo

Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb

12:52 20-01-2022 | icon 2877
Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb".

YeniAvropa xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bu gün jurnalistlərə açıqlamasında söyləyib.

"Həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq. Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq. "Ağıllı şəhər" layihələrinin öz tələbləri var. Bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək", - deyə, o, sözlərinə əlavə edib.