Nursultan Nazarbayev Qazaxıstan Xalqlar Assambleyasının və Təhlükəsizlik Şurasının ömürlük rəhbəri statusundan məhrum edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan parlamenti Məclisinin (aşağı palatası) deputatı Kanat Nurov bildirib. O qeyd edib ki, müvafiq qanun Məclis tərəfindən baxılıb təsdiqlənməsi üçün parlament Senatına göndərilib.
Qazaxıstan parlamenti Məclisinin deputatları ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası (QXA) və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyiblər.