Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, 2021-ci il ərzində fondun büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.