Şeyxülislam Allahşükür Paşazadə Vatikanın dövlət katibi ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
YeniAvropa xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin bütün dinlərə münasibətin yüksək səviyyədə olduğunu, müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğulayıb. Pietro Parolin ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verməsini təqdir etdiyini bildirib. O, Azərbaycanın dinlər və mədəniyyətlər arası dialoqla bağlı fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri misal gətirib.
Vatikanın dövlət katibi prezident İlham Əliyevin onu Azərbaycana dəvət etdiyini və bunu böyük məmnuniyyətlə qəbul etdiyini deyib. Kardinal Azərbaycana mütləq səfər edəcəyinə ümidvar olduğunu bildirib. Deyib ki, bu dəvət Müqəddəs Tax-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində baş tutacaq. O, Papa II İohan Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərini xatırladıb. Bildirib ki, Papa II İohan Pavel Vatikan ilə Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 10 illiyində ümummilli lider Heydər Əliyevin dəvəti ilə, Papa Fransisk isə prezident İlham Əliyevin dəvəti ilə 2016-cı ildə ölkəmizə səfər edib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Vatikan arasında xüsusi münasibətlərin olduğunu bildirib. Qeyd edib ki, bu əlaqələrin bugünkü yüksək səviyyəsinin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
QMİ sədri Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə multikulturalizmin zəngin ənənələrinin olduğunu, bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu deyib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın işğalda olan torpaqlarını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, işğal dövründə həmin yerlərdə dini və mədəni abidələrin erməni tərəfinin vandalizminə məruz qaldığını vurğulayıb.
“Qarabağda müxtəlif dinlərin məbədləri var: müsəlman, pravoslav xristian, erməniləşdirilmək cəhdlərinə məruz qalmış alban-udi kilsələri və əslən erməni kilsələri. Bunların heç biri Azərbaycan dövlətinin və onun başçısının diqqətinin kənarında qalmır, hamısı dövlətin himayəsi altındadır və hamısı bərpa olunacaq. Bakının mərkəzindəki təmirli erməni kilsəsi buna sübutdur ki, ölkəmizdə bütün dini məbədlərə ayrı-seçkilik fərqi qoyulmadan eyni mövqedən yanaşma mövcuddur”, - deyə QMİ sədri diqqətə çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, münaqişə dövründə Azərbaycan dindarlarının əsas diqqət yetirdiyi məqam bu münaqişənin dini müstəviyə keçməməsi idi. Bu xüsusda Rus Pravoslav Kilsəsinin vasitəçiliyi xüsusi qeyd edilməlidir. QMİ sədri bütün Rusiyanın patriarxı Aleksi, sonra isə patriarx Kirilin vasitəçilik səyləri sayəsində erməni kilsəsinin rəhbərləri ilə 1988-ci ildən bəri baş tutan görüşlərini xatırladaraq deyib: “Bu görüşlərdə əsas məqsədlərdən biri münaqişənin dini müstəviyə keçməsinin qarşısının alınması idi. Həmçinin görüşlərdə digər humanitar məsələlər - əsirlərin qaytarılması, həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi kimi məsələlər də həll olunurdu”.
Tərəflər Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin və bugünkü multikultural harmoniya mühitinin bütün dünya üçün örnək olduğunu deyib. O qeyd edib ki, Qarabağ torpaqlarında erməni işğalı zamanı, sadəcə, müsəlman məscidləri deyil, eləcə də xristian məbədləri vandalizm və həqarətlərə məruz qalıb, lakin artıq həmin məbədlər dini kimliyindən asılı olmadan dövlətin qayğısı altındadır və ən qısa zamanda bərpa olunacaq.
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete isə çıxışında Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti üçün tam şəraitin yaradıldığını bildirib. O, QMİ sədrinin Müqəddəs Tax-Tacda keçirdiyi görüşlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu deyib, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki dövlət arasında mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb
Naxçıvanda aqroparklar yaradılacaq
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib
İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
Sabah Bakıda arabir yağış yağacaq, 28° isti olacaq
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov
Müdafiə Nazirliy artilleriya rəislərini toplayıb
"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Azərbaycanda vahid məktəbli formasına keçilir
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb
İşğaldan azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb
Bakıda hərbi sursat tapılıb
Gəncədə axtarışda oldan qadın intihar edib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib