logo

Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər həlak olub

19:30 15-01-2022 | icon 3997
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər həlak olub

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun sözçüsü Serik Şalabayev bu gün keçirdiyi brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə 4 min 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 min 353 nəfəri yaralanıb. Yaralananlardan 3 min 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.

Serik Şalabayev bu məlumatların ilkin hesabat olduğunu qeyd edərək, daha ətraflı araşdırıldıqdan sonra rəqəmlərin dəyişəcəyini istisna etməyib.