logo

Korrupsiyaya qarşı mübarizə QHT-lərin rolu müzakirə olunub

13:44 15-01-2022 | icon 1582
Korrupsiyaya qarşı mübarizə QHT-lərin rolu müzakirə olunub

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilir.

YeniAvropa xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının 60-a yaxın nümayəndəsi iştirak edir.

Tədbirdə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığının və ictimai nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunur.