logo

Azərbaycanda zəlzələ oldu

20:10 14-01-2022 | icon 504
Azərbaycanda zəlzələ oldu

Yanvarın 14-da Şirvan stansiyasından 50 kilometr cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 17:45-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3 bal olan zəlzələ hiss edilməyib.