logo

BDU-nun müəlliminin evindən 50 min manat oğurlayanlar həbs edilib

16:30 14-01-2022 | icon 427
BDU-nun müəlliminin evindən 50 min manat oğurlayanlar həbs edilib

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

 YeniAvropa xəbər verir ki, hadisə ötən ilin aprelində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.