Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb.
YeniAvropa klubun rəsmi saytına istinadla xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib.
İyirmi iki yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.