logo

Tovuzda icra nümayəndəsi intihar etdi

19:09 12-01-2022 | icon 1001
Tovuzda icra nümayəndəsi intihar etdi

Tovuz rayonunda 52 yaşlı kişi intihar edib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Göyəbaxan kəndində qeydə alınıb.

Kənd sakini,  Barat Yolçu oğlu Məhərrəmov özünü asıb.

Özünü asan şəxsin Tovuz rayon İcra Hakimiyyətinin Göyəbaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu bildirilib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.