logo

Aİ Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirdi

12:22 12-01-2022 | icon 917
Aİ Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirdi

Avropa İttifaqı (Aİ) Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir. Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - deyə Toyvo Klaar paylaşımında qeyd edib.