logo

Vüqar Səfərlinin mayor oğlu gömrük orqanından çıxarıldı

23:45 11-01-2022 | icon 4676
Vüqar Səfərlinin mayor oğlu gömrük orqanından çıxarıldı

Həbs edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin oğlu Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki,  Vüqar Səfərlinin oğlu Samir Səfərli DGK-nin Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayonunda yerləşən İpək Yolu postunda inspektor vəzifəsindən kənarlaşdırılıb. Mayor rütbəsində olan Samirin atasının məhkum olması səbəbindən işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.