logo

Bakıda marşrut avtobusu “Toyota" ilə toqquşdu

19:59 11-01-2022 | icon 7063
Bakıda marşrut avtobusu “Toyota" ilə toqquşdu

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus işıqforun qırmızı işığından keçən “Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilinin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.