logo

Əməkdar artist Novruz Qartal vəfat edib

20:50 08-01-2022 | icon 19964
Əməkdar artist Novruz Qartal vəfat edib

Azərbaycanın əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə onun həmkarı Əjdər Dadaşov məlumat verib.

Bildirib ki, əməkdar artist bu gün dünyasını dəyişib.

Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub.  1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Bir sıra yaddaqalan obrazlar yaradıb.

Novruz Qartal 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Ötən ilin noyabrında Milli Onkologiya Mərkəzində əməliyyat olunsa da,  xəstəlikdən həyatını xilas etmək mükün olmayıb.  

Allah rəhmət eləsin!