logo

Bu gün Parisdə “Junior Eurovision-2021” mahnı müsabiqəsi keçiriləcək

14:29 19-12-2021 | icon 14952
Bu gün Parisdə “Junior Eurovision-2021” mahnı müsabiqəsi keçiriləcək

Paris Sena çayında Seqən adasında (İle de Segun) yerləşən “Musiqili Sena” konsert zalında keçiriləcək 19-cu “Junior Eurovision-2021” mahnı müsabiqəsində ölkəmizi Sona Əzizova təmsil edəcək.

YeniAvropa xəbər verir ki, bir neçə saatdan sonra Senanın ortasında gəmi formasında olan “La Seine musicale” konsert zalında “Junior Eurovision-2021” mahnı müsabiqəsinə start veriləcək.

Təmsilçimiz Sona Əzizova “Günlərin birində” (One of those days) mahnısı ilə çıxış edəcək. Müsabiqədə 19 ölkə iştirak edir.

Ölkəmizin 11 yaşlı təmsilçisi Sona Əzizovaya səs verməyi unutmayaq: https://vote.junioreurovision.tv/

Xatırladaq ki, “Junior Eurovision -2021” mahnı müsabiqəsi Paris vaxtı ilə saat 16:00-da, Bakı vaxtı ilə isə saat 19:00-da başlayır.

Bu, Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakıdır. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edib və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılıb. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak edib və 2013-cü ildə 7-ci yerdə qərarlaşıb.