logo

Xəzər dənizində zəlzələ oldu

20:30 05-12-2021 | icon 1449
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb. Zəlzələ 3,2 maqnitudada baş verib, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.