logo

Bakıda 53 yaşlı kişinin meyiti aşkarlanıb

19:49 05-12-2021 | icon 1351
Bakıda 53 yaşlı kişinin meyiti aşkarlanıb

Paytaxtda mənzildən kişi meyiti aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Poqorelov Oleq Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.