Pakistanın NESCOM şirkəti tərəfindən hazırlanmış yeni SHAHPAR-II hücum pilotsuz təyyarəsini təqdim edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin "TRT" telekanalı məlumat yayıb. Bildirilib ki, pilotsuz təyyarə noyabrın 29-dan Qahirədə keçirilən "EDEX 2021" müdafiə sərgisində nümayiş etdirilib.
Pilotsuz təyyarə zərbə vəziyyətində 7 saat, kəşfiyyat mövqeyində isə (sursatsız) 14 saat havada qalmaq qabiliyyətinə malikdir. Uçuş məsafəsi peyk rabitəsi olmadan 300 km, peyk rabitəsi ilə isə 1050 km-dir. Uçuş hündürlüyü - 6 km, faydalı yükün kütləsi - 60 kq.