logo

Bir çox NATO ölkələri Türkiyənin "Bayraktar"lar almaqda maraqlıdır

23:15 04-12-2021 | icon 2394
Bir çox NATO ölkələri Türkiyənin "Bayraktar"lar almaqda maraqlıdır

Bir çox Avropa İttifaqı (Aİ) və NATO ölkələri Türkiyənin istehsal etdiyi hərbi pilotsuz uçuş aparatlarını almaqda maraqlıdır.

 YeniAvropa xəbər verir ki, bunu Antalyada keçirilən "Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar - 2021" konfransının açılışında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Polşanın Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarını alması ilə ilk dəfə olaraq Aİ və NATO üzvü olan bir ölkə hərbi arsenalına bizim məhsulumuzu qatmış olur ki, bu da böyük əhəmiyyət kəsb edir. Hazırda bir çox Aİ və NATO üzvü olan ölkələr bizim məhsullarımızla maraqlanır",-deyə M.Çavuşoğlu bildirib.

Nazir əlavə edib ki, Türkiyə tərəfi bu istiqamətdə bir çox ölkələrlə danışıqları davam etdirir.