logo

Hikmət Hacıyev Beynəlxalq Strateji Kommunikasiya Zirvəsinə qatılacaq

22:13 04-12-2021 | icon 1722
Hikmət Hacıyev Beynəlxalq Strateji Kommunikasiya Zirvəsinə qatılacaq

Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.

 YeniAvropa  "TRT”yə istinadən xəbər verir ki, dünyanın bir çox ekspertinin qatılacağı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.

 
Bildirilib ki, Hikmət Hacıyev "Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.
 
Qeyd edilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videokonfrans formatında qatılacaq.
 
İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor, vətəndaş cəmiyyəti quruluşları, həmçinin beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edəcəklər.