logo

Qarabağda daha 1 erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

21:52 04-12-2021 | icon 1806
Qarabağda daha 1 erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

 

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, axtarış qrupları daha 1 erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Cəsədin qalıqları Xocavənd rayonu istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1703-ə çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.