logo

“Qarabağ” qış çempionu oldu

20:40 04-12-2021 | icon 2779
“Qarabağ” qış çempionu oldu

Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, buna XIII turun ilk oyun günündə aydınlıq gəlib.

İki matçın baş tutduğu gün məhsuldar alınıb. Çempionatın autsayderləri “Keşlə” və “Səbail”in matçında 4 qol vurulub. Qəsəbə təmsilçisi iki top fərqi ilə çıxsa da, azlıqda qaldıqdan sonra üstünlüyünü əldən verib – 2:2.

Premyer Liqanın lideri “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibini bu dəfə böyükhesablı məğlubiyyətə uğradıb – 4:1. Darmadağınla üzləşən “Sabah”ın 5 matçlıq məğlubiyyətsizliyi başa çatıb. Qurban Qurbanovun yetirmələri isə mövsümün ilk yarısını 1-ci pillədə başa vuracağını təmin edərək qış çempionu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.