logo

İlham Əliyev Tailandı kralını təbrik edib

19:20 04-12-2021 | icon 1771
İlham Əliyev Tailandı kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın kralı  Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: 

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram".