logo

Milli Məclisin deputatları AŞ PA-nın komitə iclasında iştirak edəcəklər

18:19 04-12-2021 | icon 1806
Milli Məclisin deputatları AŞ PA-nın komitə iclasında iştirak edəcəklər

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, komitə iclasının gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, ölüm hökmünün ləğvi, Avropa Şurasına üzv dövlətlərin Şengen sistemindən siyasi sanksiya kimi istifadə etmələri ilə bağlı və bir sıra digər məsələlər daxil edilib.

Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər dekabrın 8-də başa çatacaq.