logo

İlham Əliyev Finlandiya prezidentini təbrik etdi

14:14 04-12-2021 | icon 1589
İlham Əliyev Finlandiya prezidentini təbrik etdi

Prezident İlham Əliyev Finlandiya prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".