logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

11:11 04-12-2021 | icon 1561
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 48 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.