logo

Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

09:59 02-12-2021 | icon 3283
Bu gün Stokholmda GUAM XİN başçılarının görüşü olacaq

Bu gün İsveçin paytaxtı Stokholmda GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata üzv ölkələrin xarici işlər nazirləri Şurasının 37-ci iclası keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Moldova XİN-ni məlumat yayıb. Bildirilib ki, nazirlər ATƏT Xarici İşlər Nazirləri Şurasının İsveçdə 2-3 dekabr tarixində keçiriləcək 28-ci iclası çərçivəsində bir araya gələcəklər.

Toplantıda təşkilat çərçivəsində əməkdaşlıq dəyərləndiriləcək, növbəti illər üçün təkliflərin müzakirəsi aparılacaq və təşkilata 2022-ci il üçün sədrlik Moldovaya təhvil veriləcək.

Qeyd edək ki, 2021-ci ildə GUAM-a Gürcüstan sədrlik edib.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.