logo

Sinoptiklər xəbərdarlıq: Yaxın saatlarda hava şəraiti dəyişəcək

11:55 01-12-2021 | icon 3283
Sinoptiklər xəbərdarlıq: Yaxın saatlarda hava şəraiti dəyişəcək

Sinoptiklər yaxın saatlarda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub.

Küləyin maksimal sürəti Qobustanda 28 metr/saniyə, Daşkəsəndə 25 metr/saniyə, Xınalıqda 24 metr/saniyə, Altıağacda 18 metr/saniyə, Lerik, Astarada 17 metr/saniyə, Qubada 16 metr/saniyə, Yardımlıda 15 metr/saniyə, Bakı, Pirallahıda 20 metr/saniyə, Maştağa, Qum adası, Binədə 18 metr/saniyə, Neft Daşlarında 17 metr/saniyə, Çilov adasında 16 metr/saniyə, Sumqayıtda 15 metr/saniyəyə çatıb.

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, bəzi yerlərdə 30 metr/saniyə olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Sabah gündüz saatlarında külək zəifləyəcək.