logo

UEFA ÇL: AFFA-nın nümayəndəsi  "Çelsi"nin oyununa təyinat alıb

11:09 29-11-2021 | icon 3059
UEFA ÇL: AFFA-nın nümayəndəsi  "Çelsi"nin oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi Zaur Hacıməhərrəmov olacaq.

Matç dekabrın 8-də Rusiyanın Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.