logo

Qar səbəbindən Premyer Liqanın matçı təxirə salındı

19:48 28-11-2021 | icon 2975
Qar səbəbindən Premyer Liqanın matçı təxirə salındı

İngiltərə Premyer Liqasının XIII turunun "Börnli" - "Tottenhem" oyunu təxirə salınıb.

YeniAvropa London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna qeyri-sabit hava şəraiti səbəb olub.

Qarşılaşma güclü qara görə baş tutmayıb.

Qeyd edək ki, bu gün keçirilməli olan görüş Bakı vaxtı ilə saat 18:00-da başlamalı idi.