logo

İlin ən yaxşı qapıçısı bəlli oldu

18:48 28-11-2021 | icon 2856
İlin ən yaxşı qapıçısı bəlli oldu

Fransanın "PSJ" klubunun qapıçısı Canluici Donnarumma 2021-ci ilin "ən yaxşı qolkiperi" seçilib.

 YeniAvropa xəbər verir ki, İtaliya millisinin üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada sahib olub.

22 yaşlı qapıçı 170 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya yığmasının və "Bavariya"nın qolkiperi Manuel Noyer 75 xalla 2-ci, İngiltərənin "Çelsi" komandasının seneqallı qapıçısı Eduar Mendi isə 40 xalla 3-cü olub.

Qeyd edək ki, IFFHS daha əvvəl "Bavariya"nın hücumçusu Robert Levandovskini "ilin futbolçusu" elan edib.