logo

Ərdoğan İƏT-in Zirvə  görüşündə Zəngəzur dəhlizinin önəmindən danışdı

17:47 28-11-2021 | icon 1484
Ərdoğan İƏT-in Zirvə  görüşündə Zəngəzur dəhlizinin önəmindən danışdı

“Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsətdir.

 YeniAvropa xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı söyləyib.

“Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”, - deyə Türkiyə prezidenti vurğulayıb.