logo

İlham Əliyevin Aşqabadda Pakistan prezidenti Arif Alvi ilə görüşüb

15:51 28-11-2021 | icon 1855
İlham Əliyevin Aşqabadda Pakistan prezidenti Arif Alvi ilə görüşüb

Noyabrın 28-də Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Arif Alvi ilə görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulanıb. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib.

Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edilib.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.