logo

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:41 28-11-2021 | icon 6608
Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.

Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.