İƏT-in faktaraşdırıcı missiyasının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib
Ombudsman Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı həmin Komissiyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında iştirak edib.
Ombudsman Aparatından YeniAvropa-ya verilən məlumata görə, sessiya çərçivəsində İƏT ölkələri daxilində BMT-nin Davamlı İnkişaf Məqsədlərinin implementasiyası sahəsində mövcud vəziyyət, insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələr və Komissiyanın mandatı çərçivəsində həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticəsi ilə bağlı hazırlanmış hesabatlarla əlaqədar müzakirə aparılıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İƏT MDİHK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 22-26 sentyabr 2021-ci il tarixlərində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən uzaqda yerləşən ərazilərdə mülki əhali və infrastrukturu hədəfə alan raket hücumları nəticəsində dağıdılmış yerlərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olub və səfərin nəticəsi olaraq xüsusi hesabat hazırlanıb.
Sözügedən hesabat İƏT MDİHK-nın Ciddədə keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunub. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.
İƏT MDİHK-nın hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İƏT, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.
Hesabat Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilərək, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb