logo

Daşkəsən rayonuna  45 sm qar yağıb

11:55 25-11-2021 | icon 2751
Daşkəsən rayonuna  45 sm qar yağıb

Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.

YeniAvropa xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki,  qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.

Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları tərəfindən mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmayıb.