logo

İsveçin ilk qadın baş naziri vəzifəyə başlayandan 7 saat sonra istefa verdi

21:45 24-11-2021 | icon 2639
İsveçin ilk qadın baş naziri vəzifəyə başlayandan 7 saat sonra istefa verdi

İsveç parlamentinin yeni baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlamasından bir neçə saat sonra istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstefanın səbəbləri hələlik açıqlanmır.

Qeyd edək ki, Maqdalena Anderssonun İsveç parlamentinin yeni baş nazir seçilməsi ölkə tarixində ilk dəfə idi. 

M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. O, 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə baş nazirə etimadsızlıq göstərib.

S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib.