Baş Prokurorluq yalan məlumatlar yayan şəxslər barəsində araşdırma aparır
Azərbaycan Respublikası Baş Prokurorluğunda Ermənistanın noyabrın 15-də və 16-da Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə törətdiyi silahlı təxribatla əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, 4 nəfər – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev həmin hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıb.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu bildirir ki, bu istiqamətdə işlər davam etdirilir. Süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir